Ukrayna prezidenti Volodimir Zelenski hərbi əməliyyatların uğurla davam etdirilməsi üçün ABŞ Konqresindən silah və əlavə pul istəyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumatda Zelenski ABŞ -ın dəstəyi indiyədək Ukrayna ordusu üçün həlledici olduğunu və qarşıdan gələn hərbi əməliyyatların gedişi baxımından silah və pul yardımının dönüş nöqtəsi olacağını deyib.

Bununla yanaşı həmçinin Ukrayna prezdenti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb və Ukrayna Silahlı Qüvvələri üçün yeni tank və təyyarə tədarükü istəyib.