Xorvatiyada güləş üzrə "Zaqreb Open” turnirinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə qaliblər müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, Əliabbas Rzazadə (57 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu yarışda özünü 70 kq-da sınayan yığmanın lideri Hacı Əliyev gümüş medal qazanıb. Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq) və Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal əldə edib. Beləliklə, reytinq xarakterli turnirin ilk yarış günündə güləşçilərimiz 5 medal qazanıblar.