Azərbaycanın iki rayonunda olimpiya idman kompleksləri (OİK) təmir olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, bunlar Şəmkir və Tovuz OİK-lərdir.
Artıq Gənclər və İdman Nazirliyi bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, ilkin mərhələdə OİK-lərin təmiri üçün layihə-smeta sənədləri hazırlanacaq.