Yunanıstan Türkiyə sərhədindəki Evros (Erik) bölgəsində patrul və müşahidə tədbirlərini gücləndirmək üçün 250 sərhəd polisi təyin edəcək.


İqtisadiyyat.az xəbər verir ki, Yunanıstanın Vətəndaşların Müdafiəsi Naziri Takis Teodorikakos parlamentdə 2023-cü il büdcə müzakirələri zamanı etdiyi çıxışında, Evros bölgəsində qeyri-qanuni miqrantların keçidinin qarşısını almaq üçün tikilən hasarların sərhəd boyu uzadılacağını, elektron müşahidə sistemlərinin yenilənəcəyini və 250 yeni sərhəd polisi yerləşdiriləcək.


Bir nazirlik olaraq prioritetlərinin qeyri-qanuni keçidlərin qarşısını almaq olduğunu ifadə edən Theodorikakos, 2022-ci ildə 250 min qanunsuz keçidin qarşısı alındığını və 1200 insan qaçaqmalçısının tutulduğunu bildirib.


Qeyd edək ki, Afina qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Türkiyə ilə quru sərhədində quraşdırdığı polad hasarın uzunluğunu 40 kilometrə çatdırıb və hasarın tikintisi 2021-ci ilin avqustunda tamamlanıb.