Yunanıstan Basketbol Liqasında bu həftə keçiriləcək oyunlarda toplanan hər xal üçün Türkiyə və Suriyada baş verən zəlzələ fəlakətinə kömək məqsədilə Yunanıstan Qızıl Xaç Cəmiyyətinin hesabına 10 avro ianə ediləcək. Həmçinin hər matçdan əvvəl bir dəqiqəlik sükut olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yunanıstanın "Olimpiakos" klubu paylaşım edib.