"Yüksəliş" müsabiqəsində təxminən 13 500 nəfər iştirak edib.

İqtisadiyyat.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “Gələcəyə qayıdış” devizi ilə keçirilən İnsan Resursları Zirvəsində bildirib.

"Müsabiqə üç mərhələdən ibarətdir. Nəticələr açıqlandıqdan sonra nazirlikdə qaliblərlə görüşürük. Qaliblər çox maraqlı insanlardır. Düşünürəm ki, bu müsabiqə inkişaf etdirilməlidir, çünki bizə lazımdır”.