Bakıda yol kənarlarında qanunsuz quraşdırılan heyvan kəsim məntəqələri sökülüb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, əzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Qaradağ Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən reydlər zamanı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəs., Məhərrəm Seyidov küçəsində fiziki şəxslər Abdullayev Səbuhi İsa oğluna, Hacıyev Natiq Sadiq oğluna, Şahverdiyev Əflatun Fazil oğluna, Quliyev Habil Ərşad oğluna, Vəliyev Səyyad Mürşüd oğluna, Sahil qəs., Rövşən Rzayev küçəsində Şahverdiyev Ümüdvar Fazil oğluna, Lökbatan qəs., İntiqam Nəbiyev küçəsində Dadaşov Rüstəm Əncüma oğluna, Lökbatan qəs., Dadaş Bünyadzadə küçəsində Quliyev Tariyel Siracəddin oğluna, Lökbatan qəs., Alim Şəbiyev küçəsində Ağamuradov Telman Meydan oğluna, Lökbatan qəs., Nizami küçəsində Həsənov Ədalət Murad oğluna, Lökbatan qəs., 2-ci Massiv, S. Orucov döngəsində Ələkbərov Fariz İbad oğluna, Lökbatan qəs., Bilal Niftəliyev küçəsində Tahirov Vaqif Qurban oğluna, Lökbatan qəs., keçid 1596 ünvanında Quliyev İkram Nizami oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yeri icra orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.