Bu ilin yanvar-may aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 278,4 milyon dollar çoxdur.

Bu dövrdə ölkədən Çinə ixrac 8,9 milyon dollar təşkil edib. Azərbaycanın Çindən idxalının dəyəri isə 1,3 milyard dollar olub.

 

Gözəl Həşimova