Türkmənistan transmilli nəqliyyat dəhlizlərinin inkişafı üzrə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri ilə müxtəlif formatlarda əməkdaşlığa hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov deyib.

"Əminəm ki, həm Şərq-Qərb, həm də Şimal-Cənub xətti boyunca dayanıqlı əsas tərəfdaşlıq marşrutları qurmaq üçün bütün ilkin şərtlərimiz var. Müxtəlif formatlarda və konfiqurasiyalarda ŞƏT dövlətləri ilə işləmək mümkündür", - o, Astanada ŞƏT+ formatında keçirilən görüşdə bildirib.