Belarus Prezidenti Aleksandr Lukaşenko və Çin sədri Si Cinpin Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində danışıqlar zamanı Pekinin Belarusda sosial layihələrin reallaşdırılması üçün 100 milyon yuan (təxminən 13,7 milyon dollar) ayırması barədə razılığa gəliblər.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Maksim Rıjenkov bildirib. 

"Çin tərəfi ilə razılaşmalara və prezidentin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə nail olmaq üçün mən buradan birbaşa Çinə uçuram", - deyə Rıjenkov əlavə edib.