İsrail Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmaya həmişəkindən daha yaxındır və bu razılaşma HƏMAS hərəkatı ilə vasitəçilər vasitəsilə müzakirə olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant deyib.

"Biz razılıq əldə etməyə həmişəkindən daha yaxınıq. Bir ay əvvəl mən mümkün qədər tez bir müqavilə bağlamaq ehtimalı ilə bağlı bədbin idim", - Qallant qeyd edib. 

Məlumata görə, Qallant bunu iyulun 3-də axşam saatlarında girovların yaxınları ilə keçirilən görüşdə deyib.

"Kanal 12" qeyd edir ki, nazirin ofisi onun mütəmadi olaraq girovların qohumları ilə həm açıq, həm də qapalı görüşlər keçirdiyini və bu açıqlamaları şərh etməkdən imtina etdiyini bildirib.