Livandan ölkənin şimalına atılan kütləvi raket hücumu zamanı bir İsrail əsgəri həlak olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölən 38 yaşlı ehtiyatda olan mayor İtay Qaleadır. 

"Ynet" portalının məlumatına görə, Qalea İsrailin nəzarətində olan Qolan təpələrində yerləşən hərbi bazanın atəşə tutulması nəticəsində həlak olub.