NATO üzvləri Marin Le Penin "Milli Birlik" partiyası parlament seçkilərində qalib gələrsə, Fransanın alyansla bağlı siyasətində dəyişiklik olacağından ehtiyatlanır. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Euractiv NATO" diplomatik mənbələrinə istinadən yazır.  

Qeyd edilir ki, ifrat sağçılar Milli Assambleya seçkilərinin ikinci turunda qalib gəlsələr, ya hökumətə daxil ola biləcəklər, ya da hakim koalisiyanın təşəbbüslərini əngəlləməyə qadir olan güclü parlament azlığına çevriləcəklər. 

NATO diplomatlarından birinin fikrincə, Emmanuel Makronun prezident olaraq qalmasına baxmayaraq, bu, Fransanın xarici siyasətinə təsir göstərə bilər.

Mənbənin sözlərinə görə, bəzi diplomatlar Fransanın yenidən alyansın hərbi komandanlığından çıxa biləcəyindən və həmçinin NATO-ya hazırda olduğundan daha az, aşağı rütbəli hərbçi göndərməyə başlaya biləcəyindən ehtiyat edirlər.