Bu ilin yanvar-may aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsi 371,6 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 46,7 milyon dollar azdır.

Bu dövrdə ölkədən Çexiyaya ixrac 349,5 milyon dollar təşkil edib. Azərbaycanın Çexiyadan idxalının dəyəri isə 22 milyon dollar olub.

 

Gözəl Həşimova