2023-2024-cü il futbol mövsümü üçün dünyada ən çox transfer pulu ödəyən klub və liqaların siyahısı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, liqa yarışında zirvə bu mövsüm də dəyişməyib. İngiltərə Premyer Liqası bu mövsüm transferlərə ən çox pul xərcləyən liqa olub.

Yay transfer pəncərəsində ən çox pul xərcləyən 10 klubdan 6-sı İngiltərə Premyer Liqasından olub.

Futbola qoyduğu sərmayə ilə diqqət çəkən Səudiyyə Ərəbistanının “Əl Hilal” komandası 353 milyon avro ilə “Çelsi”nin ardınca, PSJ isə 349,5 milyon avro ilə üçüncü olub.

Yayım hüquqları, lisenziyalı məhsulları və tribuna gəlirləri ilə iqtisadiyyat baxımından dünyanın ən böyük futbol liqası olan İngiltərə Premyer Liqası yay transfer dövründə transfer xərcləri sıralamasında uzun illər qoruduğu liderliyini itirmədi.

Premyer Liqa komandaları yayda transferlərə 2,81 milyard, Fransa komandaları 898 milyon, Səudiyyə Ərəbistanı təmsilçiləri isə 896 milyon avro xərcləyib.

 La Liqa 439 milyon avro xərclə Avropanın beş böyük liqasında ən aşağı büdcə transferlərinə imza atıb.