"60 yaşdan yuxarı olan 201 müəllim imtahanda aşağı nəticələr əldə ediblər".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri müəllimlərin sertifikatlaşdırılması imtahanlarının nəticələrinə həsr olunan mətbuat konfransında çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bal sistemi üzrə bəzi ibtidai sinif müəllimləri 10 faizdən də aşağı bal toplayıb:

"İmtahanlarda 223 müəllim olduqca aşağı nəticə göstərib. Bu, o deməkdir ki, həmin müəllimlər  çox aşağı bilik səviyyəsinə malikdirlər. İmtahan nəticələrinin yaş qrupları üzrə paylanmasına gəlincə, yaş artdıqca nəticələr aşağı düşür. Məsələn, yaşı 60-dan yuxarı olan 201 müəllimin təkmilləşməyə ehtiyacı var". 

Nəticələr üzrə paylanma - İbtidai sinif müəllimləri:

 

Nəticələrinin yaş qrupları üzrə paylanması - İbtidai sinif müəllimləri:

 

 

Gülşən Şərif