Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Fondun hesabına 86 658 554,1 manat vəsait daxil olub. 

Həmin toplanmış vəsaitdən isə 78 451 844,91 manatı xərclənib.

Hazırda Fondda qalıq vəsait 8 206 709,19 manat təşkil edir.

Qeyd edək ki, Prezident İlham Əliyev 2012-ci il 8 dekabr tarixində "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Gülşən Şərif