“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən 3-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsinə start verilib.

ASAN Xidmətin mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, düşərgənin ikinci həftəsinin ilk günündə hoteldaxili əyləncə saatının ardından uşaqlar üçün stolüstü idman oyunları və ferma gəzintisi təşkil olunub.

İkinci gün isə idman saatında əyləncəli vaxt keçirən uşaqlar sonra psixoloqlarla görüşdə, komanda işi və müxtəlif əyləncə oyunlarında iştirak ediblər.

Eyni zamanda uşaqlar futbol ustad dərsi çərçivəsində “Neftçi” klubunun yarımmüdafiəçisi Ruslan Abışovla görüşüblər.

Tərəfdaşlar: “PMD Hospitality’’ şirkəti,  “Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;
Sponsorlar: “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi;

Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio