Yaponiyanın baş naziri Kişida Fumio bildirib ki, ölkəsinin “əks-hücum qabiliyyəti” digər ölkələrdən gələn raket hücumlarına qarşı vacibdir.


İqtisadiyyat.az xəbər verir ki, Çinin Sakit okean hövzəsində artan hərbi mövcudluğu və regional təhdidlər, o cümlədən Şimali Koreyanın nüvə və raket proqramları səbəbindən Yaponiya müdafiə siyasətini dəyişib.

Kişida Fumio hökuməti "Milli Təhlükəsizlik Strategiyası, Milli Müdafiə Əsasları və Uzunmüddətli Müdafiə Proqramı" kimi 3 milli doktrinanı yenilədiyini açıqlayıb.

Nazirlər Kabineti yeni strategiyanı təsdiqlədikdən sonra Yaponiyanın baş naziri mətbuat konfransında ölkəsini əhatə edən təhlükəsizlik mühitinin sürətlə dəyişdiyini bildirib.

Hökumətin mövcud müdafiə imkanlarının adekvatlığını şübhə altına alan bir simulyasiya həyata keçirdiyini qeyd edən Kisida, "Anladığım qədəri ilə mövcud imkanlar kifayət deyil" , -  deyə bildirib.