Yaponiyada yüz ildən çox yaşı olan şirniyyatçı "Sakumaseika Co." inflyasiyanın təsiri nəticəsində 114 illik fəaliyyətini başa vurur.

İqtisadiyyat.az-ın xəbərinə görə, 1908-ci ildə qurulan Tokioda yerləşən “Sakumaseika” qənnadı şirkəti bazardan çəkilir.
İstehsalçı əvvəlcə covid-19 pandemiyasının vurduğu iqtisadi zərərdən, daha sonra isə xammal xərclərinin artmasından zəifləyib.
Şirkət ötən maliyyə ilinin yarısında 151 milyon yen (1,03 milyon dollar) zərər edib.
Ölkə miqyasında ən çox satılan "Sakuma's Drops" jele lobyaları ilə tanınan Yapon şirkəti 2023-cü ilin yanvarında xidmətini dayandıracaq.

Məlumat üçün bildirək ki, 114 il əvvəl qənnadı ustası Sakuma Sojiro tərəfindən qurulan şirkət İkinci Dünya Müharibəsinin bombardmanları zamanı da fəaliyyətini davam etdirib.

Məhəbbət Məmmədov