Yaponiyanın müxtəlif bölgələrində yağan güclü qar nəticəsində baş verən fəlakət və qəzalarda 8 nəfər ölüb, 45 nəfər yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NHK dövlət televiziyası məlumat yayıb.

Yaponiyanın Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin (Şoboço) açıqlamasına görə, ölkə daxilində güclü qar yağması nəticəsində baş verən təbii fəlakət və qəzalarda 8 nəfər həyatını itirib, 45 nəfər isə yaralanıb.

Qar yağması səbəbindən elektrik enerjisi kəsilib. Təxminən 30 kilometr magistral yollarda tıxac yaranıb.

Qeyd edək ki, meteorologiya rəsmiləri Şimane, Xirosima, Koçi və Hokkaydo bölgələrində qar qalınlığının mövsüm normalarının üzərində olduğunu və qarın davam edəcəyini qeyd edib.