Yaponiyada həftə sonundan etibarən ölkənin bəzi bölgələrində, xüsusilə Niiqata əyalətində təsirli olan güclü qar nəticəsində 3 nəfər həyatını itirib, 10 nəfər isə yaralanıb.

İqtisadiyyat.az xəbər verir ki, Yaponiyanın Yanğın və Fəlakət İdarəetmə Agentliyi güclü qar yağışı və qartəmizləyici maşınlar zamanı baş verən qəzalar nəticəsində ən azı 3 nəfərin öldüyünü açıqlayıb.

Bildirilib ki, Niiqata əyalətində yaşayan 85 yaşlı qoca qar təmizləyərkən xəndəyə yıxılaraq, Hokkaydo əyalətində yaşayan 63 yaşlı qoca isə 2 yük maşınının arasına girərək ölüb. Akita ştatında yaşayan 73 yaşlı qoca isə qarı kürəyərkən damdan yıxılaraq ölüb.

Müxtəlif rayonlardan ən azı 10 nəfərin yaralandığı bildirilib.

Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən verilən açıqlamada, bu səhər saatlarından etibarən əksəriyyəti Niiqatada olan 10 mindən çox evə elektrik enerjisinin verilmədiyi bildirilib.

Digər tərəfdən bəzi market şəbəkələrinə çatdırılmada fasilələr yarandığı üçün məhsulların tədarükü mümkün olmadığı üçün rəflərin boş qaldığı müşahidə edilib.