Yaponiya hakimiyyət orqanları qədim tikililərə zərər verən yüzlərlə dələni məhv etmək qərarına gəlib.

Bu barədə İqtisadiyyat.az "Mainichi" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, çoxlu taxta məbədin yerləşdiyi Kamakura şəhərində problemləri həll etmək üçün təxminən 50 min dollar vəsait lazımdır.

Hökümət turistlərə dələlərə yem verməməyi bildirən plakatlar asmağı və dələləri məhv etmək üçün insanları işə götürməyi planlaşdırırlar.

 

Gözəl Həşimova