Yaponiyanın ümumi daxili məhsulu (ÜDM) bu ilin birinci rübündə illik müqayisədə 2,9% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Bundan əvvəl Nazirlər Kabineti yanvar-mart aylarında ÜDM-in illik müqayisədə 1,8% azaldığını bildirib.

Hökumət həmçinin 2023-cü ilin son rübündə iqtisadi vəziyyətlə bağlı qiymətləndirməsini aşağı salıb. Bu, daxili tələbatın ləng olması və avtomobil sənayesində istehsalın azaldılması ilə bağlıdır.

 

Gözəl Həşimova