İqtisadiyyat naziri Mikayıl Cabbarov Şuşada Moldovanın "Purcari Wineries" şirkətinin baş icraçı direktoru Viktor Bostan ilə görüş keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə M.Cabbarov "X"də paylaşım edib.

"Şuşada keçirdiyimiz görüşdə işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq üçün yaradılmış şərait, potensial əməkdaşlıq və şərab zavodunun fəaliyyətinin təşkili imkanları barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.