Avropa İttifaqı iki həftə ərzində Ukraynadan Aİ Şurasının mayın 25-də dayandırdığı toyuq yumurtası idxalı kvotalarını və rüsumlarını bərpa edəcək.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Avropa Komissiyasının nümayəndəsi Olof Gil məlumat verib.

“Avropa Komissiyası yaxın iki həftə ərzində Ukraynadan yumurtaya qoyulan kvotaların dayandırılması qərarını ləğv edəcək” - deyə O.Gil bildirib.