Çin beynəlxalq ictimaiyyəti əməkdaşlığa çağırır və qlobal iqtisadi əlaqələrin kəsilməsinə qarşıdır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Baş naziri Li Çianq Dünya İqtisadi Forumunun iclasında qeyd edib.

Onun sözlərinə görə, bütün ölkələr və regionlar sıx əməkdaşlıq etməlidir:

“Bütün ölkələr və regionlar sıx əməkdaşlıq etməli, blokların qarşıdurmasına və əlaqələrin kəsilməsinə müqavimət göstərməli, sənaye və logistika zəncirlərinin sabitliyini və fasiləsiz fəaliyyətini qoruyub saxlamalı, ticarət və investisiyaların liberallaşdırılması və sadələşdirilməsini təşviq etməlidir”.

 

Gözəl Həşimova