İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycana ilk səfərini reallaşdıran Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazir "X" səhifəsində paylaşım edib.

Görüşdə AİB-Azərbaycan əlaqələri, CAREC Proqramı çərçivəsində əməkdaşlıq və gələcək planlar barədə müzakirələr aparılıb.