Dünya birjalarında neft bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti bir barel üçün 85,41 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,4 dollar (0,47%) bahadır.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda avqust müqaviləsində “WTI” markalı neftin fyuçersləri isə 0,46 dollar (0,57%) artaraq 81,29 dollar olub.