İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaşayış məntəqələrinin xarici su təchizatı və kanalizasiya sistemlərinin layihə-smeta sənədləri hazırlanır.

İqtisadiyyat.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat əldə edib.

Qurum layihə-smeta sənədlərinin hazırlanması işlərini “AY Konsaltinq Ltd” MMC-yə həvalə edib.

Şirkət isə layihəni 4,3 milyon manata hazırlayacaq.