Abşeron rayonunun Xırdalan şəhərində yolların təmirinə başlanılır.

İqtisadiyyat.az xəbər verir ki, icra hakimiyyəti təmir işlərini "Proqress İnşaat EN" MMC-yə həvalə edib.

Şirkət təmir işlərini 1 478 634,87 manata həyata keçirəcək.

Artıq rayon icra hakimiyyətinin yerli icra nümayəndəliyi ilə şirkət arasında müqavilə bağlanılıb.

Xatırladaq ki, sözügedən şirkət həmçinin şəhərin küçə işıqlarını 213.664,69 manata təmir edəcək.