Şuşa rayonunun Daşaltı kəndində turizm infrastrukturu yaradılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Agentlik infrastrukturun yaradılması işlərinin 3 780 796,50 manata başa gələcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, kənddə bərpa və yenidənqurma işləri davam etdirilir. Şuşa şəhəri üçün strateji əhəmiyyət daşıyan Daşaltı kəndinin bərpası qarşıya qoyulan əsas məqsədlərdəndir.