Naxçıvan Muxtar Respublikasında 20 kəndin 10 kV-luq və 0,4 kV-luq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulacaq.

İqtisadiyyat.az xəbər verir ki, muxtar respublikanın Dövlət Energetika Xidməti bununla bağlı hazırlıqlara başlayıb.

Şəbəkənin yenidən qurulması üçün nəzərdə tutulan elektrik kabellərinin hazırda satınalınması işləri aparılır.

Xidmət satınalmanın 1,2 milyon manata başa gələcəyini ehtimal edir.