Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkənin Xəzər dənizinin Türkmənistan sahilində 1574 MVt gücündə elektrik stansiyasının təməlqoyma mərasimində iştirak edib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, elektrik stansiyasında təbii qazla işləyən dörd qaz turbini və Amerikanın "General Electric" şirkətinin istehsalı olan iki buxar turbini olacaq.

Məlumata görə, Xəzər sahilindəki elektrik stansiyasının 2027-ci ilin may ayında istifadəyə verilməsi planlaşdırılır. Onu Türkiyənin “Çalık Enerji” şirkəti tikəcək.

 

Gözəl Həşimova