Xerson vilayətinin sağ sahil hissəsinin qaytarılması ordunun 2023-cü il üçün əsas vəzifəsidir. RİA Novosti xəbər verir ki , bu barədə regionun rəhbəri vəzifəsini icra edən Vladimir Saldo bildirib.

Əsas vəzifələr sırasında o, iqtisadi əlaqələrin bərpasını və sakinlərə yardımı da göstərib.

Saldonun sözlərinə görə, Rusiya tərəfi Xersona qayıdacaq və daha ​​da irəli gedəcək.

Qeyd edək ki, noyabrın 9-da Rusiya qoşunlarını Xersonu tərk edərək Dnepr çayının sol sahilinə çıxarmaq qərarına gəldi. Bundan əvvəl mülki əhalinin şəhərdən təxliyəsi həyata keçirilib. Hərbi manevr başa çatdıqdan az sonra Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Xerson vilayəti hələ də Rusiyanın tərkibindədir.