Hazırda Xankəndi şəhəri stadionunda bərpa işləri aparılır.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Xankəndi şəhərinin X sosial şəbəkəsindəki (keçmiş Tvitter) rəsmi səhifəsində məlumat verilib.
"Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib. Hazırda stadionda bərpa işləri aparılır" - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, artıq separatçıların qondarma “bayrağının” rəngində olan oturacaqlar stadionun tribunalarından sökülüb. Stadionun tribunalarında oturacaqlar yeniləri ilə əvəzlənəcək
#Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilmişdir. Hazırda stadionda bərpa işləri aparılır.
— Xankəndi şəhəri - Khankendi city 🇦🇿 (@khankendi) November 4, 2023
_#Khankendi city stadium was built in 1956. Currently the stadium is being renovated. pic.twitter.com/ADzEUgzt4n