ABŞ-nin böyük bankları xərcləri azaltmaq üçün işçiləri ilə yollarını ayırırlar.
 
İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Rusiya-Ukrayna müharibəsi, artan faiz dərəcələri və Avropada yaşanan enerji böhranı investorları narahat etməkdə davam edir.

Analitiklərə görə, alış və satış kimi qlobal bizneslərdən əldə olunan gəlirlər 2023-cü ildə keçən ilki səviyyədən təxminən 16 faiz aşağıdır. Bu baxımdan maliyyə qurumları məşğulluq siyasətlərində dəyişikliklər etməyə məcburdur. Bu il ABŞ-nin iri banklarında 11 min işçi işini itirsə də, ilin sonuna qədər ixtisarların sayının 15 minə çatacağı gözlənilir. 


"JPMorgan Chase&Co"  40-a yaxın investisiya bankirini işdən çıxarıb. ABŞ-nin böyük banklarından biri olan "Morgan Stanley" may ayında 3000 nəfəri işindən azad edib.

1 ildən az müddətdə üçüncü ixtisar mərhələsini planlaşdıran "Goldman Sachs" 3200 işçini işdən azad edib. Yaxın həftələrdə isə bankın bankirlər də daxil olmaqla, təxminən 250 nəfəri işdən çıxaracağı gözlənilir. 

"Bank of America" iyunun sonuna qədər 4000 işçini ixtisar etməyi planlaşdırır.

Böyük banklardan biri olan "Citigroup" isə iyun ayının sonuna qədər 5 min işçisi ilə yollarını ayıracaq.