"TuranBank" ASC-nin səhmdarlarının ümumi yığıncağının nöbədənkənar iclası keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, iclas avqustun 14-nə təyin olunub.

Nümayəndə vasitəsi ilə təmsil olunacaq səhmdarlardan müvafiq etibarnamənin iclas başlandığı tarixədək Banka təqdim edilməsi xahiş olunub.

İclasın gündəliyi bildirişə əlavə olunaraq səhmdarlara göndərilib.