Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında dayanıqlı maliyyə taksonomiyasının hazırlanması müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"IFC-nin iqlim məsələləri üzrə qlobal direktoru Cemi Fergüsson ilə görüşdən məmnun olduq. Görüşdə COP29 və "yaşıl maliyyə" üzrə hədəf və öhdəliklər, eləcə də dayanıqlı maliyyə üzrə əlverişli mühitin formalaşdırılmasında və taksonomiyanın hazırlanmasında əməkdaşlıq məsələlərini müzakirə etdik, dayanıqlı iqtisadiyyata keçid istiqamətində gördüyümüz tədbirlər ətrafında fikir mübadiləsi apardıq. İki qurum arasında qarşılıqlı maraq doğuran digər məsələlər, əməkdaşlıq perspektivləri də nəzərdən keçirildi", - deyə o qeyd edib.