13.05.2019-cu il saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu gənclər evində Məmmədli Solmaz Aris qızının layihə rəhbəri olduğu, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Azərbaycan Qarabağ Müharəbəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin təşkilatı dəstəyi ilə lentə alınmış "Hərbi anda sadiq gənclər" sənədli filmi nümayiş olunmuşdur. Tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edilmiş daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbir zamanı ilk öncə çıxış üçün Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin sədri, ehtiyyatda olan polkovnik Mehdi Mehdiyevə söz verildi.

O, çıxışında qeyd etdiki hazırda torpaqlarımızın iyirmi faizi erməni ordusunun işğalı altındadır. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Vətənin belə bir çətin zamanda mərd, hərbi anda sadiq gənclərə böyük ehtiyacı var. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədyönlü və sistemli iş aparılmalıdır. Hər bir millətin gələcəyi gənc nəslə bağlıdır. İnsanın mənəvi ruhunun saflığında, vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm rol oynayan bu cür layihələrin hazırlanması və keçirilməsinin olduqca zəruri olduğunu vurğuladı. Daha sonra filmin ssenari müəllifi Ceyhun Cümşüdov çıxış edərək öz fikirlərini bildirdi. Film nümayiş edildikdən sonra tədbir iştirakçılarına bookletlər paylanıldı və çay süfrəsinə qonaq oldular.