Pandemiya səbəbilə ölkənin iri rayon və şəhərlərində tətbiq olunan iki günlük sərt karantin rejimi davam edir. Bu səbəblə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən Xətai rayon İnqilab İsmayılov 16 ünvanında yaşayan paytaxt sakini Nail Şirinov evdə digər ərzaq məhsullarının olmasına baxmayaraq, ailəsinin çörəyə ehtiyacının yarandığını bildirib. Dərhal ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşın mənzilinə gedilib və müraciət edən ailə  çörəklə təmin olunub. Nail Şirinov ona göstərilən bu diqqətə görə polislərə təşəkkürünü bildirib.