Azərbaycanda daha bir yeni kartof sortu yetişdirilib.

Bunu  Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev deyib.

O bildirib ki, yeni ixtira olunan kartof sortu artıq şəhadətnamə alınma ərəfəsindədir. “Yeni kartof sortu “Qələbə” sortu adlandırılıb. Kartof sortu Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin şərəfinə adlandırılıb. Bu sortun məhsuldarlığı əvvəlki kartof sortlarından yüksəkdir. Bununla yanaşı, “Qələbə” sortu, həmçinin digər kartof sortlarına nisbətdə ziyanvericilərə qarşı daha dözümlüdür. Kartof sortu yerli şəraitə tam uyğunlaşdırılıb. Yeni sort artıq təcrübə üçün əkilib və normal nəticə verib”, – deyə direktor bildirib.