İqtisadiyyat.az Marja-ya istinadən xəbər verir ki, "Vestel", Android TV məhsullarını 2019-cu ilin May ayında Türkiyədən başlamaqla, sonra da Avropada bazarına çıxaracaq.

"Vestel" Şirkətlər Qrupu İdarə heyətinin sədri Turan Ərdoğan, "Google ilə bağladığımız müqavilə ilə Android-i televizorlarımıza daxil etdik və birgə inkişaf etdirdiyimiz bu platformanı May ayından etibarən təqdim edəcəyik. Digər Android  ilə çalışan qurğular ilə birbaşa əlaqəyə keçən bir televizordan danışırıq. Bu gedişlə televizor ixracatımızı artıracağıq, Avropada birinci yerə çıxacağıq" deyib.