2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcəyə 13 milyard 865 milyon manat vəsait köçürəcəyi gözlənilir.

İqtisadiyyat.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,5 % azdır.

2023-cü ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin 6 aylıq gəlirləri üçün təsdiq edilmiş proqnozdan vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 1 milyard 993 milyon manat və ya 27,7 % çox daxilolmaların təmin edilməsinə nail olunub.