Vatikan ABŞ-ın abort əleyhinə hərəkatının lideri və keçmiş ABŞ prezidenti Donald Trampın səs-küylü tərəfdarı Ata Frank Pavonu sosial mediada "küfr" yazıları və yepiskoplara itaətsizlik etdiyinə görə rədd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Reuters xəbər yayıb.

Vatikanın Vaşinqtondakı səfirinin Amerika yepiskoplarına göndərdiyi məktuba görə, Trampı dəstəkləyən 63 yaşlı Pavone noyabr ayında katolik keşişliyindən qovulub. Pavone “sosial mediada küfr dolu paylaşımlar və yeparxiya yepiskopunun qanuni göstərişlərinə davamlı şəkildə etiraz etdiyinə” görə işdən çıxarılıb.

Qeyd edək ki, onun bu qərardan apellyasiya şikayəti verməsi qadağandır.