Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 9-cu turun görüşləri başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, 7 xal toplayan Vasif Durarbəyli, hərəyə 6 xalı olan Vüqar Əsədli, Məhəmməd Muradlı və Eltac Səfərli yarımfinala vəsiqə qazanıb. Sabah başlayacaq yarımfinalda Vasif Durarbəyli Eltac Səfərli ilə, Vüqar Əsədli isə Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq.

Qeyd edək ki, ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.