Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki məlum deyil.