İyulun 4-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə İqtisadiyyat.az-a AMB-dən bildirilib.

Məlumata görə, hərracda bankların tələbi 39,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Bu isə ötən hərracdan 2 dəfə çoxdur. Belə ki, iyunun 22-də keçirilən valyuta hərracında banklar cəmi 20,5 milyon dollar alış həyata keçirib.