Urmuda məqsədli şəkildə qurudulan Urmiya gölünə etiraz olaraq plakatlar yayılıb.

Iqtisadiyyat.az xəbər verir ki,  bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib. Urmiya gölünün İran rejiminin törətdiyi ekoloji fəlakət nəticəsində qurudulması iddia olunur. Nəticədə gölün səviyyəsi 60 santimetr azalıb.

Qeyd edək ki, İranda ən böyük göl, Yaxın Şərqdə ən böyük duzlu göl və nəhayət dünyanın 6-cı böyük duzlu gölü sayılan Urmiya gölü artıq bir neçə ildir ki, quruma təhlükəsi ilə üzləşib. Urmiya gölünün hazırkı sahəsi 2027 kvadrat kilometrdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1385 kvadrat kilometr azalma göstərir.