Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi 9 şəhər və rayonda yalnız ünvana çatdırılma xidməti göstərməklə bir neçə aptekin fəaliyyətinə icazə verilib.

Bu məqsədlə “Zeytun Pharmaceuticals” şirkəti bütün filialları ilə birlikdə gücləndirilmiş iş rejiminə keçib.